İngilis dili bilikləri ilə biznesizin üçün yeni imkanlar yaradın

British Council kommersiya məqsədi daşımayan bir təşkilat olaraq əldə etdiyi gəliri bütün dünyada mədəni və təhsil layihələrinin inkişafına yönəldir. Yüzdən artıq ölkədə onilliklərə əsaslanan təcrübəmizlə, şirkətlərin, dövlət qurumlarının və təhsil müəssisələrinin spesifik ehtiyaclarına uyğun fərdiləşdirilmiş, yüksək keyfiyyətli həllər təqdim edirik.

İngilis dili & kommunikasiya bacarıqları üzrə təlimlər ilə komandanızın inkişafını sürətləndirin: Sürətli nəticələr, qalıcı dəyişiklik

Platformamızda sürətli tempdə işləyənlər üçün xüsusi hazırlanmış iki kurs növü var. ''English courses''  və ''Professional Communication Skills''. Hər iki kurs qısa zamanda maksimum fayda vermək üçün nəzərdə tutulub.

 

Niyə sürətli inkişaf kurslarımızı seçməlisiniz?

  • Sizin sahəyə uyğunlaşdırılıb: Kurslarımız müxtəlif sahələrin xüsusi ehtiyaclarını nəzərə alaraq və real iş mühitindən nümunələr ilə hazırlanıb. Bu da onları sürətli tempdə aparılan layihələr üçün ideal edir.
  • Sürətli və rahat öyrənmə: Çevik tədris formatları sıx qrafikə uyğun gələn, qısa müddətli və yüksək effektivliyə malik öyrənmə imkanı yaradır.
  • Dərhal nəticə: İntensiv kurslarımız ingilis dilinin səlisliyində və peşəkar ünsiyyət bacarıqlarında dərhal irəliləyiş yaradır, məhsuldarlığın artmasına və qlobal əməkdaşlığın daha səmərəli şəkildə qurulmasına imkan verir.
BC-CES-Professional Skills-1

Kurslar

 

İngilis dili bacarıqları

  • Ekspertlər tərəfindən tədris: Dərslər texniki ingilis dili üzrə ixtisaslaşmış təcrübəli dil mütəxəssisləri tərəfindən keçirilir.
  • Effektiv öyrənmə:  Dərslər biznesin növünə uyğun söz və ifadələri praktik tapşırıqlar və real situasiyalar vasitəsilə sürətli şəkildə öyrətməyə yönəlib. 
  • Real vaxtda irəliləyişin izlənməsi: Sürətli layihə tempinizə uyğun olaraq dərhal qiymətləndirmələr və irəliləyiş hesabatları əldə edirsiniz.

 

Peşəkar kommunikasiya bacarıqları

  • Sənaye yönümlü: Tədris müvafiq sahə üzrə real təcrübəyə malik peşəkar mütəxəssislər tərəfindən aparılır.
  • Praktiki bacarıqların inkişafı: Tənqidi düşünmə, problem həll etmə, effektiv təqdimat və səmərəli komanda işi bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
  •  Sürətli rəylər: Əməkdaşlarınızın ünsiyyət bacarıqlarını daha tez inkişaf etdirməsi üçün operativ fərdi rəylər veririk. 

 

Əyani | Onlayn | Dünyanın hər yerində

🔋🔋 Komandanızın ünsiyyət bacarıqlarını gücləndirməyə hazırsınız?

Ödənişsiz konsultasiyaya qoşulmaq üçün qeydiyyatdan keçin. Sürətlə inkişaf edən layihələrinizə uyğun, çevik və effektiv təlim həllini birlikdə yaradaq. Qlobal uğura doğru ilk addımı indi atın.

Qeyd: Bu qeydiyyat formu yalnız korporativ qrup dərsləri üçündür.
 

“İngilis dilinin tədrisi və dil bacarıqların inkişaf etdirilməsi sahəsində qurumun təcrübəsi və peşəkarlığı, bizim fikrimizcə, Rumıniyada bu sahə üzrə bənzərsizdir. " 
Marco Schulz, BMW Rumıniya, Rəhbər

"British Council-un sorğularımıza operativ şəkildə cavab verməsini və dərsləri, həmçinin tədris materiallarını Astra-nın ehtiyaclarına uyğunlaşdırmasını yüksək qiymətləndiririk. Müəllimlər açıq və interaktiv mühit yaradaraq bütün iştirakçıları dərs prosesinə cəlb edə bildilər " 
Liliana Degeratu, HR Menecer, Astra Asigurari (Astra Insurance)

"5 ildir ingilis dilini öyrənirəm və kifayət qədər ifadəni başa düşsəm də, danışarkən özümə inamım az idi. Bu kurs dil baryerini aşmağıma kömək etdi və mənə daha sərbəst danışmaq imkanı verdi."

Matilda, Santander Bank Sponsorluq layihəsinin iştirakçısı 

BC-CES-Professional Skills-2